Əsədin başqa çarəsi qalmadı: sahildə dövlət qurulur
Bizi izləyin

Dünya

Əsədin başqa çarəsi qalmadı: sahildə dövlət qurulur

Suriyada yeganə legitim tərəf kimi qəbul olunan Bəşər Əsədin ölkənin bütün ərazisində nəzarəti təmin edə bilməyəcəyi getdikcə dəqiqləşir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şərqdə İŞİD terror təşkilatı, şimali-qərbdə “Əl-Nüsra” Cəbhəsi, cənubda Azad Suriya Ordusu və şimalda kürdlərin hakim olması ölkəni “de-fakto” parçalayıb.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının direktoru Rami Abdulrahman “Reuters” agentliyinə açıqlamasında ölkənin elan edilməmiş parçalanma mərhələsində olduğunu deyib. Onun sözlərinə görə, Dəməşq rejimi diqqətini strateji əhəmiyyəti ərazilərə yönəldib.

Deyilənə görə, Bəşər Əsəd üçün strateji məqsəd nüseyrilerin yaşadığı və Aralıq dənizinin sahilində yerləşən şəhərləri qorumaqdır. Rami Abdulrahmana görə, bu məqsədin həyata keçirilməsi üçün yaradılan “Sahil Qalxanı” briqdasına könüllülər toplanır və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hərbçiləri könüllülərə hərbi təlim keçir. Məlumata görə, may ayının ortalarından başlayaraq İranın topladığı minlərlə xarici döyüşçü Suriyaya göndərilib. Bu qüvvələrin Dəməşqin ətrafına və sahil bölgələrə yerləşdirildiyi bildirilir.

Mart ayından bu yana rejim davamlı olaraq ərazi itirib və əsgərlərin sayı getdikcə azalır. Əsəd üçün döyüş şərtlərinin dəyişdiyinə dair ilk işarə ölkənin şimali-qərbindəki İdlib şəhərinin “Əl-Nüsra” Cəbhəsinin liderliyi ilə qurulan Fəth Ordusu tərəfindən ələ keçirilməsi oldu. Türkiyə sərhədlərinə yaxın bölgədə yerləşən İdlibin ələ keçirilməsi ilə Əsədin məmləkəti olan Lazikiyeyə yol açılmış oldu. Fəth Ordusu hazırda Hələb vilayətinin rejimin nəzarətində olan qərb bölgəsinə genişmiqyaslı hücuma hazırlaşır.

“London School of Economics” Təşkilatının beynəlxalq əlaqələr üzrə professoru Favaz Gerges qeyd edib ki, Suriyanı yenidən bütöv hala gətirmək olduqca çətin olacaq.

“Bəşər razılaşmaya bilər, amma artıq hər şey bitdi. Suriyada ən böyük itkini verənlər nüseyrilərdir. Rəsmi sənədlərə görə, 80 min nüseyri həyatını itirib. Əsl rəqəmin isə 120 mindən çox olduğu təxmin edilir”, - Rami Abdulrahman deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm