Türk kanalın efirindən şok bəyanat: “PKK terror təşkilatı deyil”
Bizi izləyin

Dünya

Türk kanalın efirindən şok bəyanat: “PKK terror təşkilatı deyil”

Türkiyənin Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Pervin Buldan HDP-ni PKK terror təşkilatının siyasi agentinə bənzədən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalıya cavab verib.

Publika.az xəbər verir ki, CNN Turk kanalının qonağı olan kürd millət vəkili PKK-nın terror təşkilatı olmadığını deyib.

“PKK bir terror təşkilatı deyil. Xüsusilə, hörmətli Bağçalının bunu bilməsi lazımdır”, - Pervin Buldan bildirib.

Qeyd edək ki, Türkiyə ilə yanaşı, Avropa Birliyi də PKK-nı terrorçu təşkilat kimi tanıyır. Amma son vaxtlar Avropa Birliyi ölkələrində PKK-nın bu siyahıdan çıxarılmasına çağırışlar səslənir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm