Şok iddia: Hitler müharibədə bu səbəbdən uduzub
Bizi izləyin

Dünya

Şok iddia: Hitler müharibədə bu səbəbdən uduzub

Adolf Hitlerin II Dünya Müharibəsində məğlubiyyətinin səbəbi ilə bağlı şok bir iddia ortaya atılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Pitsburq Universitetinin alimlərinin apardığı araşdırmaya görə, Hitlerin parkinson xəstəliyinə tutulması müharibədə uduzmasının səbəbi ola bilər.

“World Neurosurgery” jurnalında dərc olunan məqalədə deyilir ki, Hitlerdə peşmanlıq hissinin olmaması və öz mənfəətləri üçün başqalarından istifadə etməsi xəstəliyi ilə əlaqəli idi. Elm adamları hesab edir ki, parkinson xəstəliyi diktatorun qəbul etdiyi qərarlarına təsir etdiyi üçün xəstəlik Hitler Almaniyasının müharibədə məğlubiyyətinin səbəbi kimi qəbul edilə bilər.

Elm adamları “məntiqsizliyin” nəticəsi olaraq Hitlerin 1942-ci ildə Stalinqrad və 1944-cü ildə Normandiya döyüşlərində taktiki səhvlərə yol verdiyini düşünür. Hitlerə parkinson diaqnozu qoyan həkim Maks da Krinis 1945-ci ildə hazırladığı bir hesabatda diktatorun əlləri və qıçlarının titrədiyini qeyd etmişdi.

II Dünya Müharibəsində ABŞ kəşfiyyat xidməti tərəfindən hazırlanan 47 səhifəlik hesabatda Hitlerin narkotik və dərman asılılığının olduğu, istifadə etdiyi dərmanların onun parkinson xəstəliyinə tutulmasına gətirib çıxardığı bildirilmişdi.

Qeyd edək ki, parkinson xəstəliyi bədəndə “dopamin” adlanan maddənin çatışmazlığı ilə yaranan xroniki nevroloji bir xəstəlikdir. Xəstəliyin insanlarda müşahidə edilən ən əsas əlaməti isə hərəkət sisteminin tədricən pozulmasıdır. Parkinsonizmə tutulan xəstələrin ilkin mərhələsində əllərdə və ayaqlarda titrəmə, əzələlərin süstləşməsi, nitq pozğunluğu hallarına rast gəlinir. Xəstələr hərəkət edərkən əziyyət çəkirlər. Bu xəstəlik 50-60 yaş arası adamlar arasında başlayır və getdikcə kəskinləşir. Hitlerin isə II Dünya Müharibəsi başlananda – 1939-cu ildə 50 yaşı var idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm