• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Səudiyyəli sahzadə 32 milyard dollar paylayacaq

  • Dünya
  • 2 İyul 2015 09:38
  • 960 Baxış
Səudiyyəli sahzadə 32 milyard dollar paylayacaq

Səudiyyəli milyarder, kral ailəsinin üzvü şahzadə əl-Vəlid bin Talal 32 milyard dollar pulunu qarşıdakı illərdə xeyriyyə fondu vasitəsilə paylayacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə qərarını Ər-Riyadda təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Şahzadənin sözlərinə görə, bu məbləğ, demək olar ki, onun şəxsi sərvətinə bərabərdir. Pulun hansı işlərə xərclənəcəyinə gəlincə, ərəb milyarder tibbi xidmətlərin yaxşılaşdırılması, xəstəliklərin aradan qaldırılması, insanların rifahının yüksəldilməsi və qadın haqlarının qorunmasına dəstək olacaq layihələrin həyata keçiriləcəyini deyib.

Şahzadə ayrılacaq vəsaitin biznes fəaliyyətinə təsir edib-etməyəcəyi barədə suala cavab verməyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR