• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

42 ildən sonra yeni göydələn tikildi

  • Dünya
  • 2 İyul 2015 04:53
  • 405 Baxış
42 ildən sonra yeni göydələn tikildi

Fransanın bələdiyyə məclisi paytaxt Parisdə qızğın müzakirələrə səbəb olan piramida şəkilli “Trianql” göydələninin inşasına icazə verib.

Axar.az xəbər verir ki, hündürlüyü 180 metr olacaq şüşə görünüşlü piramida “Porte de Versal” sərgi salonlarının olduğu bölgədə inşa olunacaq.

42 illik fasilədən sonra tikiləcək bu binada 4 ulduzlu otel, konfrans və konsert salonları olacaq. Layihənin ümumi dəyəri isə 500 milyon avrodur.

Şəhərdəki yeganə “Monparnas” qülləsindən 30 metr qısa olacaq “Trianql”ın inşasına Parisin tarixi görünüşünü pozduğuna görə icazə verilmirdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR