“Əl-Qaidə”yə ağır zərbə: daha bir lideri öldürüldü
Bizi izləyin

Dünya

“Əl-Qaidə”yə ağır zərbə: daha bir lideri öldürüldü

Pakistanın Pəncab ştatında təşkil edilən əməliyyatda “Əl-Qaidə” terror təşkilatının Pakistan üzrə rəhbəri öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştatın polis rəisi Şuja Hanzade bildirib.

Polis rəisi əməliyyat zamanı 4 “Əl-Qaidə” üzvünün ölü ələ keçirildiyini, əməliyyatın keçirildiyi evdə 40 əl bombası, 15 kiloqram partlayıcı və çoxlu sayda silahın tapıldığını bildirib.

“Əməliyyatdan əvvəl və sonra əldə olunan kəşfiyyat məlumatlarına istinad edərək ölənlərdən birinin “Əl-Qaidə”nin Pakistandakı “Abdali” kod adlı rəhbərinin olduğuna inanırıq”, - Hanzade deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm