Donbasda vəziyyət gərginləşir: “DXR” yerli seçkilərin tarixini açıqladı
Bizi izləyin

Dünya

Donbasda vəziyyət gərginləşir: “DXR” yerli seçkilərin tarixini açıqladı

“Donetsk Xalq Respublikası” (DXR) separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko 18 oktyabr 2015-ci il tarixində “DXR” ərazisində yerli seçkilərin keçirilməsi barədə qərar verib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, Zaxarçenko seçkilərin Minsk razılaşmalarına uyğun olaraq təyin olunduğunu bildirib.

“Kiyevin günahı üzündən yaranmış şərtlərdə Donetsk Xalq Respublikası Minsk razılıqlarının icrasına müstəqil olaraq başlamağa məcburdur. Biz Kiyevin nə vaxt ağıllanacağını və danışıqlar masasına qayıdacağını gözləmədən hərəkət etməyə başlayırıq. Çünki ləngimə yalnız Ukraynanın müharibə partiyası üçün sərfəlidir”, - Zaxarçenko vurğulayıb.

“DXR”-in başçısı qeyd edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko danışıqlar tərəfi kimi deyil, “diktator” kimi hərəkət edir.

“O, yalnız dialoqu və öz üzərinə götürdüyü öhdəliklərin icrasını təqlid edir. Kiyev Minsk sülh prosesindən de-fakto çıxıb”, - Zaxarçenko deyib.

Qeyd edək ki, fevralın 12-də imzalanan Minsk razılaşmasına əsasən separatçıların nəzarətində olan ərazilərdə yerli seçkilər keçirilməlidir. Amma seçkilər Ukrayna qanunvericiliyinə uyğun və Ukrayna tərəfindən keçirilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm