• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Saakaşviliyə növbəti mesaj: restoran partladıldı - VİDEO

  • Dünya
  • 2 İyul 2015 14:02
  • 643 Baxış
Saakaşviliyə növbəti mesaj: restoran partladıldı - VİDEO

Ukraynanın Odessa şəhərinin restoranlarından birində ötən gecə terror aktı olub.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, kustar üsulla hazırlanan qurğu partladılıb.

Partlayışı qurğunun gücü 450-600 qram trotil ekvivalentinə bərabər qiymətləndirilir. Hadisə nəticəsində heç kim zərər çəkməyib, ancaq qapılar və binanın fasadına zərər dəyib. Həmçinin restoranın üstündə yerləşən mənzillərin və qonşu kafenin şüşələr sınıb.

Qeyd edək ki, son aylar, xüsusilə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin edilməsindən sonra Odessa şəhərində partlayışlar seriyası baş verir. Onların çox hissəsi diversiya aktı kimi dəyərləndirilib. Məsələn, dəmir yolu, rabitə qovşağı, “Qarşılıqlı yardım” və “Azadlıq” partiyalarının ofislərində partlayış törədilib.

Xatırladaq ki, mayın 31-də Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib. Rusdilli əhalinin böyük üstünlük təşkil etdiyi bir vilayətdəki bu təyinat Moskva tərəfindən olduqca sərt qarşılanıb. Bildirilir ki, Rusiyanın nəzarəti altındakı Dnestryanı ərazi ilə sərhəddə yerləşən Odessa vilayətinin Saakaşviliyə verilməsi Moskvanın separatçı regionla bağlı bir sıra planlarını poza bilər. Təsadüfi deyil ki, Saakaşvili Dnestryanı ərazidən qaçaqmalçılıqla gətirilən məhsullara qarşı mübarizə aparacağını bəyan edib. Ekspertlər ehtimal edir ki, Rusiyanın nəzarəti altında olan güclər Odessa vilayətində vəziyyəti “tərpətmək” üçün bütün vasitələrə əl atacaqlar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR