İŞİD elan etdiyi sərhədlərə yaxınlaşır: yeni hədəf o ölkə
Bizi izləyin

Dünya

İŞİD elan etdiyi sərhədlərə yaxınlaşır: yeni hədəf o ölkə

Misir ordusu Sinay yarımadası üzərinə nəzarəti tamamilə bərpa etdiyini elan edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, xüsusi əməliyyatın gedişatında 100-dən çox terrorçu öldürülüb.

Həmçinin 17 hərbi qulluqçunun - 13 əsgər və dörd zabitin öldüyü bildirilir. Ordunun nümayəndəsi Məhəmməd Samir qeyd edib ki, Misir ordusunun 15 blokpostuna dünən hücum edən terrorçuların tamamilə məhvi üçün hərbi aviasiyadan da istifadə edilib. O, yarımadanın terrorçulardan tamamilə təmizlənməsi üçün əməliyyatların davam etdiriləcəyini deyib.

Ordunun nümayəndəsi həmçinin bildirib ki, bir neçə terrorçunu sağ ələ keçirmək mümkün olub.

Amma ölkənin təhlükəsizlik güclərindəki bəzi mənbələr Misir ordusunun nümayəndəsi tərəfindən səsləndirilən rəqəmlərə şübhə ilə baxdığını bildirib. Onların fikrincə, həlak olmuş hərbçilər və polislərin real sayı daha yuxarıdır.

Bir gün əvvəl “Associated Press” agentliyi Misir məmurlarına istinadən ən azı 53 hərbi qulluqçunun öldüyünü, daha 55-nin yaralandığını xəbər verib. Bundan başqa, bir neçə hərbi qulluqçunun əsir götürüldüyü və zirehli avtomobilin ələ keçirildiyi bildirilib.

Sinayda terror aktlarının seriyasına görə məsuliyyət “Ənsar Beyt al-Makdis” (“Sinay vilayəti”) qruplaşması öz üzərinə götürüb. Bir müddət əvvəl İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadiyə biət edən qruplaşma “Sinay vilayəti” adını götürüb.

Suriyada vətəndaş müharibəsinin gedişatında güclənən və qısa zaman ərzində İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən İŞİD Yəmən, Tunis, Misir, Əfqanıstan və Livanda çoxsaylı terror aktları təşkil edib. Ekspertlər hesab edir ki, İraq və Suriya torpaqlarının xeyli hissəsini ələ keçirən, Əfqanıstanda Talibanın, Yəməndə isə “Əl-Qaidə”nin təkhakimiyyətliliyinə son qoyan İŞİD-in yeni hədəfinin Misir olması təhlükənin miqyasını artırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm