Ölkə şokda: dağıdıcı 5 illik vətəndaş müharibəsi qayıdır
Bizi izləyin

Dünya

Ölkə şokda: dağıdıcı 5 illik vətəndaş müharibəsi qayıdır

Tacikistan 18 illik fasilədən sonra dağıdıcı vətəndaş müharibəsi dövrünə qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “EurasiaNet” nəşri yazıb.

Vətəndaş müharibəsinin dayandırılması haqqında müqavilənin imzalanmasından 18 il keçdiyini xatırladan nəşr qeyd edir ki, müxalifətin hakimiyyət tərəfindən təqibi köhnə yaraları yeniləyir. “Tacikistan prezidenti Emoməli Rəhmon fərqli düşünən opponentlərini barmaqlıqların arxasına atır, ya da onları ölkədən qaçmağa məcbur edir. Bəziləri isə açılmayan sui-qəsdlərin qurbanı olur”, - nəşr yazır.

1992-ci ildə başlayan vətəndaş müharibəsi 27 iyun 1997-ci ildə BMT-nin vasitəçiliyi ilə imzalanan müqavilə ilə başa çatdı. Müqavilənin şərtlərinə görə, birləşmiş tacik müxalifətinə daxil olmuş islamçılar, millətçilər və Pamir separatçılarına koalisiya hökumətindəki postların 30 faizi verilmişdi.

Vətəndaş müharibəsi illərində - 1994-cü ilin noyabrında prezident seçilən hazırkı dövlət başçısı Rahmon müqavilənin mürəkkəbi quruyan kimi ona riayət etməkdən imtina etdi.

“Lali Badaxşan” Partiyasının sədri Ulfat-хanım Mamatşoyevanın sözlərinə görə, hakimiyyət 1992-ci ildə vətəndaş müharibəsinin başlanmasına səbəb olan səhvlərə yol verir. “Mən vətəndaş müharibəsi haqqında düşünməyi sevmirəm. Bu, ölkəmizin dəhşətli tarixidir, amma məndə belə bir hiss var ki, biz bundan dərs almamışıq”,- o deyib.

Tacikistan İslam Dirçəliş Partiyası bu yaz keçirilən parlament seçkilərində saxtakarlıq və təqiblərin nəticəsində mandat qazana bilməyib. Partiya lideri Muxiddin Kabiri ölkəni tərk etmək məcburiyyətində qalıb. Ona qarşı saxta cinayət ittihamları irəli sürülüb.

Milli Birlik Günündə (27 iyun) Rahmonun çıxışı “sərt və düşmən” tonda idi. “Tacikistan xalqı bəzi qruplar və şəxslərin xain əməllərini heç vaxt unutmayacaq. Onlar 90-cı illərin əvvəllərində vətənimizi vətəndaş müharibəsinin alovuna çəkdilər”, - prezidenti söyləyib.

Bəzi hökumət üzvləri Mərkəzi Asiyada rəsmi qeydiyyatdan keçən yeganə partiya olan İslam Dirçəliş Partiyasını terrorizmlə əlaqələrdə ittiham edirlər. Kabirinin fikrincə, radikal islam haqqında Qərbin “narahatlığı” Rahmonun administrasiyasına əminlik verir.

“Beynəlxalq səviyyədə islamofobiya artır. Hökumətdə bəziləri hesab edirlər ki, partiyamızdan qisas almaq üçün ən münasib vaxtdır. Bu, böyük səhvdir, çünki onlar yeni münaqişəni yaradırlar”, - Kabiri deyib.

Ölkədə təzyiq və təqiblərə məruz qalanlar yalnız İslam Dirçəliş Partiyasının üzvləri deyil. Müstəqil KİV senzura ilə boğulur, qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran yeni qanunlar qəbul edilir və Rahmonun tənqidçiləri ilə bağlı ölçülər ən geniş və sərt formalarda həyata keçirilir. Bu ilin mart ayında müxalifət liderlərindən biri İstanbulda qətlə yetirilib.

“Bizə milli barışıq lazımdır. Amma əksinə, vəziyyət kəskinləşir”, - Ulfat-хanım Mamatşoyeva vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm