• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

669 uşağı xilas edən xeyriyyəçi öldü

  • Dünya
  • 2 İyul 2015 19:34
  • 344 Baxış
669 uşağı xilas edən xeyriyyəçi öldü

İkinci Dünya müharibəsi illərində həbs düşərgəsindən 669 uşağı xilas edən britaniyalı filantrop Nikolas Uinton 106 yaşında vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Nikolas Uintonun ölümünü kürəkəni açıqlayıb.

Uinton Almaniyada yəhudi ailəsində doğulub. O, ailəsi ilə birlikdə 1907-ci ildə Böyük Britaniyaya köçüb və xristianlığı qəbul edib. 1930-cu ildə Nikolas Uinton heç bir təhsili olmadan London birja fondunda işləyib.

İkinci dünya müharibəsi başlamazdan əvvəl o, almanlar tərəfindən işğal edilmiş Çexiyada “Çex Kindertransport” adını almış əməliyyat keçirməklə 669 uşağı xilas edə bilib.

Uintonun da anası uşaqların xilas edilməsi üçün oğluna yardım edib. Həbs düşərgəsindən uşaqların xilas edilməsi haqqında məlumatlar yalnız 1980-ci illərdə məlum oldu. Uintonun özü heç zaman bioqrafiyasında bu epizodları qeyd etməyib.

Müharibədən sonra Uinton qocalar üçün sığınacaq açıb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR