Qeyri-adi meriya binası - FOTO
Bizi izləyin

Dünya

Qeyri-adi meriya binası - FOTO

Fransanın Banyole şəhərində meriyanın qeyri-adi görünüşlü yeni korpusunun layihəsi hazırlanıb. Eyni zamanda, meriyanın yaxınlıqdakı köhnə binasının bərpası da nəzərdə tutulub.

Layihə üzərində Fransanın Jean-Pierre Lott Architecte studiyasının memarları işləyiblər.

Binanın gözəl görünüşlü metallik toru onun fasad hissəsini örtərək, böyük pəncərələrə malik ofisləri qızmar günəş şüalarından qoruyacaq.

Layihəyə əsasən, gələcək meriyanın metal torlar arxasında "gizlənmiş" balkonları ofislərin mövcud sahələrini genişləndirir. Meriyanın yeni və köhnə binaları örtülü körpü vasitəsilə birləşir.

Meriyaya gələn vətəndaşların hərəkətini məhdudlaşdırmaq məqsədilə bütün ictimai yerlər - konfrans zalları və qəbul otaqları ilk 2 mərtəbədə yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm