Dünya
Nazirin gələcəyi referendumdan asılı olacaq
Ağır maliyyə burulğanından çıxmaq üçün çabalayan Yunanıstandan istefa xəbəri gəlib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan maliyyə Naziri Yanis Varoufakis 5 iyulda keçiriləcək referendumdan “bəli” qərarının çıxacağı halda dərhal istefa verəcəyini söyləyib.
Qeyd edək ki, yunan hökuməti kreditorların Yunanıstana nağd pul axınının bərpa edilməsi müqabilində irəli sürdüyü şərtləri xalqın səsverməsinə təqdim etmək qərarı verib. Səsvermə iyulun 5-də keçiriləcək.
Yunanıstanda populist vədləri ilə tanınan “Syriza” Partiyası referendumdan “xeyr” səsinin çıxmasını istəyir. Baş nazir Aleksis Çipras da dünən xalqa müraciətində referendumdan “xeyr” səsinin çıxmasını istədiyini deyib. Kreditorların irəli sürdüyü şərtlərin sonu gəlməyən qənaət siyasətini qəbul etmək anlamına gəldiyini deyən Çipras, buna baxmayaraq, referendumun nəticələrinə riayət edəcəyini bildirib.
Ömər Dağlı
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi