Sərnişin qatarı çaya düşdü, ölənlər və yaralananlar var - FOTOLAR
Bizi izləyin

Dünya

Sərnişin qatarı çaya düşdü, ölənlər və yaralananlar var - FOTOLAR

Pakistanın Qucranvala şəhərində sərnişin qatarı çaya düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qəza baş verən an qatarda 300-ə yaxın sərnişin olub. Qatar körpünün üzərindən keçərkən 4 vaqonu relsdən çıxıb və onlardan ikisi çaya düşüb. Qəza nəticəsində 7 nəfər həlak olub, 40-a yaxın insan xəsarət alıb.

Yerli mətbuatın verdiyi məlumata görə, körpü sərnişin daşıyan qatarın ağırlığına tab gətirməyərək aşıb. Suya düşən vaqonların içərisində 140-155 sərnişin olub.

Hazırda hadisə yerində xilasedicilər çalışır. Xilasetmə işlərinə Pakistanın silahlı qüvvələri və bir neçə vertolyot da cəlb olunub.

Son məlumatlara görə, 30 sərnişin xilas edilərək sahilə çıxarılıb. Qəzaya səbəb kimi yaşı 50-dən çox olan köhnə körpünün aşması göstərilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm