
Rusiyanın Xantı-Manstiysk muxtar dairəsində “Mi-8” vertolyotu itib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsinin saytında bildirilir.
Vertolyot Nijnevartovsk-Surqut marşrutu ilə uçub. Yerli vaxtla saat 01:35-də vertolyotun ekipajı ilə aeroportun dispetçer xidməti arasında əlaqə itib.
İlkin məlumatlara görə, vertolyotda beş nəfər olub. Onlardan üçü ekipajın üzvləridir, qalanları həkimlərdir.
Axtarış-xilasetmə əməliyyatına 90 xilasedici cəlb edilib. FHN “Mi-8”in Surqut rayonunda düşə biləcəyini təxmin edir. Axtarışlar təxminən 50-60 kilometr radiusda aparılır.
Ömər Dağlı