ŞOK: İŞİD daha bir qədim şəhəri darmadağın etdi – FOTOLAR
Bizi izləyin

Dünya

ŞOK: İŞİD daha bir qədim şəhəri darmadağın etdi – FOTOLAR

“İraq Şam İslam Dövləti” (İŞİD) terrorçuları mayın 21-də ələ keçirdikləri Suriyanın antik şəhəri olan Palmirada qədim mədəniyyət abidələrini və heykəlləri dağıdıblar.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın Muzeylər və Tarixi Əsərlər İdarəsinin rəhbəri Memun Abdulkərim bildirib.

Onun sözlərinə görə, antik Palmira muzeyinin önündə yerləşən 1900 illik tarixi olan “El Lat Aslanı” heykəli İŞİD yaraqlıları tərəfindən parça-parça edilib. M.Abdulkərim deyib ki, 3 metr hündürlüyündə olan heykəlin dağıdılması İŞİD-in Suriyada indiyədək törətdiyi ən böyük vandalizm aktıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm