İŞİD “hədiyyəsi”: Qurani-Kərimi əzbərlə, qadın qazan
Bizi izləyin

Dünya

İŞİD “hədiyyəsi”: Qurani-Kərimi əzbərlə, qadın qazan

“İslam dövləti” (İŞİD) terror qruplaşması İraqda Ramazan ayında “qadın bazarı” qurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq İnsan Haqları Nazirliyindən bildirilib.

Məlumatda terror qruplaşmasının 100 suriyalı qadını İraqın Ənbar vilayətinin Fəllucə şəhərində tikdiyi bazarda satdığı deyilir. Açıqlamaya görə, hər gün iftardan sonra açılan bazarda qadınlar “cihad nikahı” geyimi ilə 500 dollardan 2 min dollara qədər müxtəlif qiymətlərə satılır.

İŞİD-in Fəllucədə təşkil etdiyi Qurani-Kərim müsabiqələrində ilk üç yeri tutanlara qadınlar “hədiyyə” olaraq verilir.

Şəhər ötən ildən İŞİD-in nəzarəti altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm