Lavrov: Moskva Ukraynadakı böhran üzrə Qərblə dialoqa hazırdır
Bizi izləyin

Dünya

Lavrov: Moskva Ukraynadakı böhran üzrə Qərblə dialoqa hazırdır

Moskva Ukraynada böhranın həlli yollarının axtarışı üçün Qərblə dialoqa hazırdır, lakin Rusiyanı münaqişə tərəfi kimi təqdim etmək cəhdi yolverilməzdir. Bunu RF XİN-in rəhbəri Sergey Lavrov deyib.

Moskva Ukraynada böhranın həlli yollarının axtarışı üçün Qərblə dialoqa hazırdır, lakin Rusiyanı münaqişə tərəfi kimi təqdim etmək cəhdi yolverilməzdir. Bunu RF XİN-in rəhbəri Sergey Lavrov deyib.

S.Lavrov Moskvada mətbuat konfransında deyib: "Rusiya Federasiyasına gəldikdə, biz Ukraynadakı bütün tərəflərə bu böhrandan çıxmaq üçün yollar tapmağa kömək etmək məqsədilə əcnəbi tərəfdaşlarımızla vicdanlı, bərabərhüquqlu, obyektiv dialoqa hazırıq. Dialoq vicdanlı, səmimi, hazırda bəzi tərəfdaşlarımızın bizi az qala münaqişə tərəfi kimi təqdim etmək cəhdi olmadan həyata keçirilməlidir. Böhranı biz yaratmamışıq, bu bizim əvvəllər dəfələrlə etdiyimiz xəbərdarlığa rəğmən yaradılıb. O, süni və sırf geosiyasi motivlərlə yaradılıb".

Nazir bildirib ki, Ukrayna hakimiyyəti ilə müxalifət arasında fevralın 21-də bağlanmış sazişin yerinə yetirilməsinə qayıtmaq vacibdir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm