Kubada ənənəvi alov festivalı keçirilir
Bizi izləyin

Dünya

Kubada ənənəvi alov festivalı keçirilir

Kubanın şərq sahillərində yerləşən Santyaqo şəhərində iyulun 3-dən 9-dək ənənəvi "Fiesta del Fuego" alov festivalı keçirilir. Bu festival ölkənin mədəni həyatının füsunkar və əhəmiyyətli hadisələrindən biri hesab olunur.

Sespedas parkı və Santyaqonun mərkəzi bir həftə ərzində rəqs meydanına çevrilir. Hər tərəfdə şadyanalıq hökm sürür. Şənlik zamanı hər zövqə uyğun əyləncə tapmaq olar: ənənəvi musiqi kollektivlərinin çıxışları, bəzədilmiş platformaların və məzəli libaslar geyinmiş rəqqasların müşayiəti ilə bayram nümayişləri, bolluca dadlı yeməklər. Uşaqlar kiçik arabalarda və ya miniatür qatarlarda gəzirlər. Gecənin ən ekzotik və maraqlı şousunu sehrbazlar və odla oynayan akrobatlar təqdim edirlər. Festivalın hər gecəsi atəşfəşanlıqla başa çatır. "Fiesta del Fuego"nun sonuncu günündə əsas meydanda şeytanın müqəvvasını yandırır, külünü isə dənizə səpələyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm