Obamanın qızı film çəkir
Bizi izləyin

Dünya

Obamanın qızı film çəkir

ABŞ prezidenti Barak Obamanın 16 yaşlı böyük qızı Malia Obama “HBO” telekanalında yayımlanacaq "Qızlar" adlı serialın çəkilişlərində assistent kimi iştirak edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Malia Obama bildirib ki, o, bu layihədə iştirak etməklə təcrübə toplamaq istəyir: “Mən əyləncə sənayesində, kino və teleserialların istehsalında işləməyi arzu edirəm. Bundan əvvəl “Xaricində” serialının çəkilişlərində iştirak etmişəm. Bu təcrübə mənim həyatımdakı ən böyük həyəcan olub”.

Xatırladaq ki, Malia Obama 2014-cü ilin yayında “CBS” telekanalında yayımlanan elmi-fantastik “Xaricində” adlı dramın çəkiliş komandasında da iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm