120 deputat “BBC”-yə üsyan etdi: “Terrorçulara “İslam dövləti” deməyin!”
Bizi izləyin

Dünya

120 deputat “BBC”-yə üsyan etdi: “Terrorçulara “İslam dövləti” deməyin!”

Böyük Britaniyanın 120 nəfər deputatı “BBC”-nin baş ofisinə etiraz məktubu göndərib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, deputatların etirazına səbəb bu yaxınlarda “BBC”-nin İŞİD terror təşkilatını “İslam dövləti” adlandırması olub.

İngilis deputatların müraciətində qeyd olunur ki, “BBC”-nin terrorçu təşkilatı “İslam dövləti” adlandırması yolverilməzdir: “İŞİD islam dövləti deyil, ona “İslam dövləti” deməyin. İŞİD çox təhlükəli və qorxulu barbar, terrorçu rejimdir”.

Deputatların etiraz məktubuna cavab da gecikməyib. Belə ki, “BBC”-nin baş direktoru Tony Hall səhvlərini etiraf edərək, bundan sonra İŞİD-i islam dövləti kimi qələmə verməyəcəklərinə söz verib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm