ABŞ-dan Kubaya ilk sərnişin təyyarəsi eniş etdi – TARİXİ HADİSƏ
Bizi izləyin

Dünya

ABŞ-dan Kubaya ilk sərnişin təyyarəsi eniş etdi – TARİXİ HADİSƏ

ABŞ ilə Kuba arasında 50 ildən də çox müddətdən sonra hava reysləri açılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ilk reys iyulun 3-də ABŞ-ın “Jet Blue” hava yolları şirkəti tərəfindən Nyu-Yorkdan Havanaya reallaşdırılıb. Bununla da Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava limanı ABŞ-Kuba arasında sərnişin daşınmasını həyata keçirən ilk hava limanı kimi tarixə düşüb.

Hələlik həftədə iki dəfə həyata keçiriləcək uçuşların gələcəkdə artırılması nəzərdə tutulur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm