Türkiyədə Maonu “asdılar” - FOTO
Bizi izləyin

Dünya

Türkiyədə Maonu “asdılar” - FOTO

Türkiyənin Balıkesir şəhərində Çinin Sincan Uyğur Muxtar Bölgəsində yaşayan müsəlmanlara qarşı həyata keçirilən təqiblər və işgəncələrə etiraz edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ali Hikmət Paşa meydanında keçirilən etiraz aksiyasında Çin Kommunist Partiyası və Çin Xalq Respublikasının qurucusu Mao Zedongun maketi asılıb.

Çin mallarını boykot etməyə çağıran vətəndaşlar “Rədd olsun Qırmızı Çin”, “Türkistana azadlıq”, “Ya Turan, ya ölüm, başqa yolu yox”, “Qanımız axsa da zəfər islamın” şüarları səsləndiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm