Dünya
“WikiLeaks”dən növbəti bomba: ABŞ və Braziliya düşmən olacaq
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Braziliyanın məşhur siyasətçiləri, iqtisadçıları və bankirlərin 29 telefon nömrəsi dinləyib.
Publika.az xəbər verir ki, bu barədə “WikiLeaks” portalında dərc edilən yazıda deyilir.
Portalın məlumatına görə, dinlənilənlər arasında Braziliya prezidenti Dilma Russeff, keçmiş maliyyə nazirləri Nelson Barbosa, keçmiş xarici işlər naziri Luis Alberto Fiqeyredo kimi yüksək vəzifəli məmurlar var. Həmçinin təyyarənin içində prezidentin peyk telefonunun dinlənildiyi bildirilir.
KİV hələ 2013-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenin sənədlərinə əsasən yazmışdı ki, Amerika xüsusi xidmət orqanları Meksika və Braziliya prezidentlərinin telefon danışıqlarını və internet yazışmalarını izləyib. Bu Braziliya və ABŞ arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxarıb. Ancaq ötən ay ABŞ-a son səfərində Russeff əminliyini ifadə edib ki, Amerika xüsusi xidmət orqanları onun telefon danışıqlarını daha dinləmir.
Ömər Dağlı
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO