İŞİD qədim amfiteatrda edam “tamaşa”sını oynadı: 25 ölü - VİDEO
Bizi izləyin

Dünya

İŞİD qədim amfiteatrda edam “tamaşa”sını oynadı: 25 ölü - VİDEO

İŞİD terror qruplaşmasının döyüşçüləri Suriyanın antik şəhəri olan Palmiranın amfiteatrında Suriya ordusunun 25 əsgərini güllələyib.

Publika.az xəbər verir ki, internetdə yayılan videoyazıda cəlladların arasında 13-14 yaşındakı yeniyetmələrin olduğu bildirilir.

Öldürülən hərbi qulluqçuların Palmiradan 150 kilometr uzaqlıqda yerləşən Suriyanın Xoms şəhərində əsir götürüldüyü təxmin edilir. Əsirlər edamdan əvvəl döyülüblər.

Edamın nə vaxt icra olunduğu məlum deyil. Edamı vətəndaş geyimində olan təxminən yüz tamaşaçı izləyib. BBC-nin məlumatına görə, onlar ən yaxın kəndlərin sakinləridir və edam səhnəsini izləməyə məcbur ediliblər.

Qeyd edək ki, YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri İŞİD silahlılarının nəzarətinə may ayının ortalarında keçib. Paytaxt Dəməşqdən 240 kilometr şimali-şərqdə yerləşən Palmira şəhərindəki qədim mədəniyyət abidələrinin əksəriyyəti dağıdılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm