Bağdadini devirmək istəyən 13 “müxalifətçi” edam edildi
Bizi izləyin

Dünya

Bağdadini devirmək istəyən 13 “müxalifətçi” edam edildi

İŞİD terror qruplaşmasının daxilində döyüş strategiyası, xüsusilə ərəb ölkələrində təşkil edilən kamikadze hücumları ilə əlaqədar ciddi fikir ayrılıqlarının yarandığı ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Arabi el Cedid” qəzeti “xəlifə” Əbubəkr Bağdadiyə müxalif olan bir qrupun “dövlət çevrilişi”nə cəhd etdiyini yazıb.

Təşkilatla yaxın əməkdaşlıq edən suriyalı və iraqlı tacirlərə istinad edən qəzet İŞİD liderinin “dövlət çevrilişi” cəhdindən xəbər tutduğunu qeyd edib. Məlumata görə, hamısı təşkilatın üst səviyyəli idarəçiləri olan 13 nəfər edam edilib.

Nəşrin yazdığına görə, “dövlət çevrilişi”nə cəhd 10-13 iyun tarixlərində, İŞİD-in paytaxtı sayılan Rakka şəhərinin cənubunda olub. Bağdadinin şəxsən özünün rəhbərlik etdiyi “məhkəmə” prosesində 13 nəfərin güllələnməsi, onları dəstəkləyənlərin isə həbs edilməsi barəsində hökm çıxarılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm