Yerevan polisi etirazçıları hədələdi: “Qoymayacağıq”
Bizi izləyin

Dünya

Yerevan polisi etirazçıları hədələdi: “Qoymayacağıq”

Yerevan polis rəisinin müavini Valeri Osipyan jurnalistlərə bildirib ki, etirazçıların prezident administrasiyasına tərəf hərəkətinə icazə verilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Aksiya iştirakçıları bazar ertəsi günü saat 21:00-a qədər etirazçıların tələblərinin yerinə yetirilməsini tələb ediblər, əks halda barrikadaları hər gün 1 metr qabağa çəkəcəklərini bildiriblər. Etirazçıların prezident administrasiyası ilə aralarında təxmini 60 metr məsafə var.

Osipyan buna icazə verilməyəcəyini bildirib: "Biz onları hər gün 1 metr qabağa hərəkət etməyə qoymayacağıq".

Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm