Klinton Çini “atəşə tutdu”
Bizi izləyin

Dünya

Klinton Çini “atəşə tutdu”

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton bəyan edib ki, ölkəsinə məxsus bir sıra dövlət sirrinin xakerlər tərəfindən oğurlanması faktlarına görə Çin məsuliyyət daşıyır.

Publika.az BBC-yə istinadən xəbər verir ki, xanım Klinton kiber hücumların arxasında dayanan qüvvənin məhz Çin olduğunu bildirib.

"Ümumiyyətlə, ABŞ-da hərəkətdə olan hər bir fəaliyyəti Çin izləmək istəyir. Həmçinin, Pekin hərbi gücünü də sürətlə artırır. Bu kimi fəaliyyətlər ABŞ-la yanaşı, Vaşinqtonun müttəfiqlərini də təhlükə altına qoyur. Misal olaraq, Filippini göstərə bilərəm", - deyə H.Klinton vurğulayıb.

Onun sözlərinə görə, ABŞ güclənən Çinə qarşı çox diqqətli olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm