
Çinin Çjetszyan əyalətində bədbəxt hadisə başı verib.
Publika.az Sinxua agentliyinə istinadən xəbər verir ki, həmin əyalətdə fəaliyyət göstərən ayaqqabı fabriki çöküb. Hadisə baş verən zaman fabrikdə çalışan 51 işçidən 9-u xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hazırda 42 nəfərin dağıntılar altından xilas edilməsi ilə bağlı işlər görülür.