Dünya
ABŞ Ukraynada bu üç məmuru ilin sonuna kimi dəyişdirəcək - İDDİA
ABŞ ilin sonuna Ukraynada böyük dəyişikliklər hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə “LifeNews” kanalının studiyasında siyasi elmlər doktoru Aleksandr Qusev söyləyib.
Onun sözlərinə görə, prezident Pyotr Poroşenko və baş nazir Arseniy Yasenyuk tamamilə Vaşinqtondan asılıdır və onlar üçün reseptlər Ağ Evdə yazılır: “Təsadüfi deyil ki, ABŞ-ın vitse-prezident Cozef Bayden tez-tez Ukraynada olur. Bundan başqa, Ukraynanın Nazirlər Kabineti iclas keçirmir. Dünyanın heç bir ölkəsində belə bir presedent yoxdur. Ukrayna ABŞ-ın eksperimental meydançasıdır. ABŞ Ukraynada baş verənlərin əsas koordinatorudur”.
Siyasi analitikin fikrincə, ABŞ Ukrayna Nazirlər Kabinetindəki üç posta özünə lazım olan insanları qoymaq niyyətindədir. Aleksandr Qusev qeyd edir ki, Ukraynanın kömür sənayasi və energetika naziri Vladimir Demçişin ABŞ Konqresinin Senatını qane etmir. Senatı qane etməyən digər məmurlar isə “Ukrqazdobıçi” şirkətinin başçısı Sergey Kostyuk və daxili işlər naziri Arsen Avakovdur.
“Çox güman ki, bu üç fiqur tezliklə başqaları ilə əvəz ediləcək. Həmçinin güman edirəm ki, 2015-ci ilin sonuna kimi Ukraynada yalnız kadr dəyişiklikləri deyil, həm də bütövlükdə Ukraynanın vəziyyətinə təsir edəcək böyük dəyişikliklər olacaq”.
Ömər Dağlı
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı