Kürd liderin oğlundan PKK-ya şok: “Kandil boşaldılmalıdır”
Bizi izləyin

Dünya

Kürd liderin oğlundan PKK-ya şok: “Kandil boşaldılmalıdır”

Şimali İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzaninin oğlu Məsrur Bərzani PKK terror təşkilatında şok effekti yaradacaq açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Məsrur Bərzani PKK-nın Kandili boşaltmalı olduğunu deyib.

“Kandil İraqın bir hissəsidir. Sülh prosesinin müvəffəqiyyətlə tamamlanmasından sonra PKK o bölgəni boşaltmalıdır”, - o, bildirib.

Məsrur Bərzani İŞİD-lə mübarizə aparmaq üçün Sincar və ətraf bölgələrdə olan PKK qüvvələrinin orada müvəqqəti olduğunu, bölgənin İŞİD-dən alındıqdan sonra geri çəkiləcəklərini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm