Krım tatarları özünümüdafiə dəstələri yaradır
Bizi izləyin

Dünya

Krım tatarları özünümüdafiə dəstələri yaradır

Krım tatarları fəal şəkildə Rusiyanın işğalından müdafiə olunmaq məqsədilə özünümüdafiə dəstələri formalaşdırmağa başlayıblar. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, ilk gün sayı 40 nəfər olan həmin dəstələrdə indi 2 mindən artıq tatar var.

Onlar Simferopolda yaxşı işıqlandırılmayan küçələrdə keşik çəkir, şübhəli avtomobilləri saxlayırlar.

Qeyd edək ki, Krım Ali Sovetinin muxtariyyatın Rusiyanın tərkibinə birləşdirilməsi məqsədilə keçiriləcək referendumu Krım tatarları dəstəkləmirlər.

Özünümüdafiə dəstələrinin Krımdakı böhran həll olunana qədər fəaliyyət göstərəcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm