Afinanın təslim olmaqdan başqa çarəsi qalmadı
Bizi izləyin

Dünya

Afinanın təslim olmaqdan başqa çarəsi qalmadı

“Yunanıstan hakimiyyəti beynəlxalq kreditorlarla konsultasiyaları dərhal bərpa etməyə və iki gün ərzində borcun yenidən strukturlaşdırılması haqqında razılığa nail olmağa çalışacaq”.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli telekanallardan birinə Yunanıstan hökumətin rəsmi nümayəndəsi Qavriil Sakellaridis bildirib.

“Biz yaxın vaxtlarda borc üzrə razılaşmanı bağlamaq üçün istənilən addımlara təşəbbüs edəcəyik”, - hökümət vurğulayıb.

Qeyd edək ki, yunan höküməti beynəlxalq kreditorların (Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyası) təklif etdiyi planı referenduma çıxarıb. Plan sərt maliyyə ölçülərinin tətbiqinə əvəz olaraq Afinanın borcunun yenidən strukturlaşdırılmasını nəzərdə tutur. Referendumda iştirak edən vətəndaşların əksəriyyəti isə “üçlüyün” planına “yox” deyib.

Yunan xalqı plana “yox” deməsinə baxmayarq, hökumət rəsmisinin açıqlaması onu göstərir ki, Afinanın beynəlxalq kreditorlarının şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm