İŞİD 101 uşağı qaçırdı
Bizi izləyin

Dünya

İŞİD 101 uşağı qaçırdı

İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul vilayətinin müxtəlif bölgələrindən 101 uşağı qaçırıb.

Publika.az xəbər verir ki, bu barədə kürdlərə yaxınlığı ilə tanınan “Rûdaw” saytına Kürdüstan Demokrat Partiyasının (KDP) Mosul üzrə nümayəndəsi Səid Memuzini bildirib.

Səid Memuzini qeyd edib ki, İŞİD tərəfindən qaçılan 78 uşağın ailəsi uşaqların sərbəst buraxılması üçün qruplaşma ilə görüşə getsələr də, onlar da saxlanılıb və taleyi haqqında heç bir məlumat yoxdur.

Memuzini qaçırılan uşaqlara İŞİD-in düşərgələrində hərbi və ideoloji təlimin verildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm