İran bu tarixdə sanksiyalardan azad ola bilər
Bizi izləyin

Dünya

İran bu tarixdə sanksiyalardan azad ola bilər

İrana qarşı tətbiq olunan əsas sanksiyalar 2015-ci ilin dekabr ayına qədər ləğv oluna bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Vyanada nüvə danışıqlarında iştirak edən Qərb nümayəndə heyətlərindən birindəki diplomatik mənbə bildirib.

Bir gün əvvəl yayılan qeyri-rəsmi məlumatlara görə, müfaviq protokol artıq uyğunlaşdırılıb. Amma onun detalları açıqlanmır.

Qeyd edək ki, “altılıq” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) və İran arasında aparılan nüvə danışıqları ilə bağlı yekun sənəd 30 iyuna qədər hazırlanmalı idi. Ancaq tərəflər danışıqların 7 iyul tarixinə kimi uzadılması barədə qərar veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm