Poroşenko: “Bu hadisədən sonra “Novorossiya” layihəsi dəfn olundu”
Bizi izləyin

Dünya

Poroşenko: “Bu hadisədən sonra “Novorossiya” layihəsi dəfn olundu”

Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinin rusmeylli qüvvələrdən azad edilməsinin birinci ildönümü qeyd olunub.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, şəhər meydanında keçirilən mərasimdə çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin bir qarış torpağını belə verməyəcəklərini bildirib.

“Təbii ki, sülh istəyirik və böhranın siyasi yolla həll edilməsində israr edirik. Amma Ukraynanın bir qarış torpağını belə verməyəcəyik”, - dövlət başçısı vurğulayıb.

Poroşenko şəhərin azad edilməsi ilə separatçıların “Novorossiya” layihəsinin dəfn olunduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm