“Washington Post”: “Qərbin rədd etdiyi Gürcüstan Rusiya tərəfə itələnir”
Bizi izləyin

Dünya

“Washington Post”: “Qərbin rədd etdiyi Gürcüstan Rusiya tərəfə itələnir”

“Ukraynada münaqişənin başlanmasından sonra Qərb Gürcüstanın Avropa Birliyi və NATO-ya qəbulundan geri çəkilir. Nəticədə bu ölkədə Rusiyaya dəstək artır”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Washington Post” nəşrində siyasi müşahidəçi Maykl Birnbaum yazıb.

Onun sözlərinə görə, Rusiya energetika və digər əsas sektorlarda investisiyaları artıraraq, həmçinin Rusiyanın dövlət KİV-lərinin gürcü xidmətlərini açaraq Gürcüstan ərazisində fəaliyyətini aktivləşdirir. Siyasi müşahidəçi qeyd edir ki, analoji vəziyyət Rusiya və Qərb arasındakı gərginliyə cəlb edilən keçmiş Şərq blokunun digər ölkələrində də müşahidə olunur.

Müşahidəçi bildirir ki, Birləşmiş Ştatların “təsəlliverici ölçüləri”, məsələn gürcü əsgərləri ilə birgə təlimlərin keçirilməsi Gürcüstan sakinləri tərəfindən kifayət hesab edilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm