Olland və Merkel referendumdan sonra dərhal hərəkətə keçdi
Bizi izləyin

Dünya

Olland və Merkel referendumdan sonra dərhal hərəkətə keçdi

Yunanıstanda dünən keçirilən referendumdan Avropa Birliyinin istədiyi nəticənin çıxmaması qurumun aparıcı ölkələrini hərəkətə gətirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkel sabah bir araya gələcək.

Liderlər Parisin Yelisey sarayında referendumun nəticələrini qiymətləndirəcəklər.

Qeyd edək ki, Yunanıstan höküməti beynəlxalq kreditorların (Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyası) təqdim etdiyi planı xalqın səsverməsinə çıxarıb. Seçicilərin əksəriyyəti “üçlüyün” planına “xeyr” cavabı veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm