İnstitut binası çökdü, fəhlələr dağıntılar altında qaldı
Bizi izləyin

Dünya

İnstitut binası çökdü, fəhlələr dağıntılar altında qaldı

Tbilisidə Hesablama Riyaziyyat və Fizika İnstitutunda aparılan söküntü işləri zamanı binanın bir hissəsi uçub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altında 4 nəfər qalıb. Onlardan biri artıq çıxarılıb. Verilən məlumata görə, digər 3 fəhlənin öldüyü ehtimal olunur.

Hadisə yerində xilasetmə nümayəndələri və təcili tibbi yardım briqadası yerləşir.

Binanın uçan hissəsində əlavə mərtəbələr tikmək planlaşdırılıb və orada fəhlələr günün 24 saatı çalışıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm