
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəttin Dəmirtaş xanımı Başak Dəmirtaşla birlikdə olan əmlakının miqdarı açıqlanıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, HDP sədrinin əmlakına 260 min lirəlik dəyərində olan bir mənzil, 55 min lirəlik “Skoda” (2013-cü il buraxılış) və 2 ədəd 135 min lirəlik “Audi” (2012-ci il buraxılış) markalı avtomobillər aiddir. Əmlakın ümumi dəyəri isə 585 min lirə olaraq qiymətləndirilib.
Vasif Həsənli