İraq ordusu Bağdadı bombaladı: 12 ölü - FOTOLAR
Bizi izləyin

Dünya

İraq ordusu Bağdadı bombaladı: 12 ölü - FOTOLAR

İraq ordusuna məxsus “Sukhoi Su-25” tipi döyüş təyyarəsinin paytaxt Bağdad yaxınlığında hədəfi səhv seçməsi nəticəsində 12 nəfər dinc sakin həlak olub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İraq hərbi təyyarəsi səhvən dinc insanların məskunlaşdığı 3 evi bombalayıb. Bombardman nəticəsində 12 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

İraq ordusunun general-mayoru Saad Maan isə verdiyi açıqlamasında hadisənin texniki səbəbdən baş verdiyini bəyan edib və faciəyə görə əhalidən üzr istəyib.

Xatırladaq ki, İraq ordusu “Sukhoi Su-25” tipli döyüş təyyarələrini 2014-cü ildə Rusiya və İrandan almışdı.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm