“Qanuni oğru”lar Afinada toplaşır - Ellada torpağında yeni bəla
Bizi izləyin

Dünya

“Qanuni oğru”lar Afinada toplaşır - Ellada torpağında yeni bəla

Gürcü mafiyası Yunanıstandakı böhrandan istifadə edərək bu ölkədə təsirini genişləndirir.

Publika.az xəbər verir ki, bu barədə “La Stampa” qəzetində dərc edilən məqalədə Federiko Varezeni yazıb.

Fransa nəşrinin yazdığına görə, Yunanıstan sahibkarlara əlavə vergilər qoyan və iqtisadiyyatın əhəmiyyətli sektorlarına nəzarət edən ən güclü post-sovet cinayətkar qruplaşmalarının təsir dairəsinə daxil olub. Onların Afina və Salonikdə daha güclü olduğu bildirilir.

Hazırda Yunanıstanda gürcü mənşəli təxminən 400 min nəfər yaşayır. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2008-ci ildə təşkil etdiyi cinayətlə mübarizə bir çox cinayətkarların Yunanıstana qaçmasına gətirib çıxarıb. Yunanıstanda pasport almağın olduqca asan olduğu və yerli mafiyanın mövcud olmadığı deyilir.

Məlumatlı mənbələrə görə, hazırda Yunanıstanda 100-dən çox “qanuni oğru” var. Onların hər birinin nəzarətində olan ərazisi var və hər biri 10-20 nəfərlik “ailə”yə başçılıq edirlər.

“Mafiya qruplaşmaları Afina və Salonikdə gecə klubları və ixtisaslaşdırılmış etnik disko klublar var. Gürcü mafiyasının təsir dairəsi digər qanuni iqtisadi sektorları və narkotiklərin ticarəti üzərindədir. Gürcü mafiyası artıq kokain bazarına daxil olmağa çalışır. Plan gəmilərin və limanların rəhbərliyinin ələ alınmasından ibarətdir, “Yunanıstanı Avropaya kokainin çatdırılması üçün əsas mərkəzə çevirmək istəyirlər. Yalnız ötən ay Afinada 3,5 ton ağ toz müsadirə edilib”, - məqalədə deyilir.

Məqalənin müəllifi sonda yazır ki, xaosa yuvarlanan Yunanıstan və Avropa barəsində post-sovet mafiya strukturlarının planı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm