Əsədin xilası planı: “İsrail Suriyanı silahlandırmalıdır”
Bizi izləyin

Dünya

Əsədin xilası planı: “İsrail Suriyanı silahlandırmalıdır”

İsrailin bəzi yüksək rütbəli hərbi səlahiyyətliləri Suriya rejiminin çökməsinə maneə olmaq üçün Benyamin Netanyahu hökumətinə təzyiq edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, israilli generallar Bəşər Əsədin hakimiyyətdə qalması üçün hökumətə bəzi təkliflər verib.

İsrail ordusu və MOSSAD-da (İsrailin kəşfiyyat təşkilatı) işləyən generallardan olan Tsafrir qələmə aldığı yazısında qeyd edib ki, ölkəsi Əsədi xilas etmək məcburiyyətindədir. Onun sözlərinə görə, Əsəd rejiminin çökməsi ilə Suriyada və ətrafındakı bütün ölkələrdə yəhudi düşmənçiliyi daha yüksək mərhələyə çıxacaq. General qeyd edib ki, İsrail birbaşa, ya da dolayısı ilə Əsədə silah yardımı etməlidir.

“Haaretz” qəzetində dərc olunan yazıda isə deyilir ki, Əsəd rejimi devrilsə, ölkədəki radikal qruplaşmalar İsraili yox etmək üçün əllərindən gələni edəcəklər.

İsrailli jurnalist Jak Hugi “Monitor” nəşrində qələmə aldığı yazısında İsrailin yeganə zəmanətinin Əsəd rejimi olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm