Rusiyalı iş adamı Dağlıq Qarabağa köçüb
Bizi izləyin

Dünya

Rusiyalı iş adamı Dağlıq Qarabağa köçüb

Rusiyalı iş adamı German Sterligov Rusiyanı tərk edib və əmlakını satışa çıxarıb.

Bu barədə Rusiya KİV-nə biznesmenin köməkçisi Polina Sirotaya məlumat verib. Onun sözlərinə görə, Sterligov iyulun 4-də Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedib. Köməkçisi iş adamının Qaarabağa köçməsinin səbəbini açıqlamayıb.

German Sterligov Rusiyadakı ilk əmtəə birjasının təsisçilərindən biridir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, onun adı millətçilərin birləşdiyi BORN təşkilatına qarşı cinayət işində hallanır və millətçilərin tərəfdarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm