İŞİD-in taleyi Pentaqonda müzakirə edilib
Bizi izləyin

Dünya

İŞİD-in taleyi Pentaqonda müzakirə edilib

ABŞ prezidenti Barak Obama İraq və Suriyada İslam Dövləti qrupuna qarşı strategiyanı müzakirə etmək üçün Pentaqonda milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşüb.

ABŞ-ın İŞİD-lə bağlı əhatəli strategiyasının mövcud olmadığını etiraf edən Obamanın Müdafiə naziri Eşton Karterlə görüşü planlaşdırılıb.

Görüş bu həftəsonu koalisiya qüvvələrinin İraqın şimal və qərb, Suriyanın isə şərq bölgələrinə nəzarət edən yaraqlılara qarşı hava hücumlarının intensivləşdirilməsindən sonra həyata keçirilir. Koalisiya qüvvələri ümumilikdə havadan 38 zərbə endirib, bunun təxminən yarısı İslam Dövləti qrupunun paytaxt elan etdiyi Raqqa şəhərini hədəf alıb.

Pentaqonda Fransanın Müdafiə naziri Jan-İv Le Drianla birgə mətbuat konfransında danışan Müdafiə naiziri Eşton Karter deyib ki, koalisiyanın hava hücumları İslam Dövləti qrupunun döyüşçülərinin mobilliyini məhdudlaşdırmaqdan ibarətdir. O, kürd qüvvələrinin yerdə effektiv fəaliyyətini də qeyd edib.

Birfinq zamanı Fransanın müdafiə naziri İslam Dövləti qrupunu terrorçu qrup deyil, terrorçu ordu adlandırıb. Le Drian Fransa qüvvələrinin İslam Dövləti qrupunun İraqa nəzarəti ələ almasının qarşısını almaq üçün koalisiya ilə birgə işi davam etdirəcəyini deyib.

Koalisiyanın hərbi hücumları keçən ilin avqustundan İraqda, həmin ilin sentyabr ayından etibarən isə Suriyada həyata keçirilməyə başlayıb. Pentaqonun rəsmi məlumatına görə hərbi təyyarələr həmin ərazidə indiyədək ən azı 4,800 hava hüçumu keçirib. Bu hücumlar İraq ordusu və Suriya döyüşçülərinə öz ərazilərinin bir hissəsinin nəzarətini yaraqlılardan geri almağa kömək edib.

Bütün bunlarla yanaşı, İraq hərbi qüvvələri mühüm irəliləyişə nail ola bilməyib. Belə ki, İraq qüvvələri ölkənin şimal və qərb hissələrində böyük şəhərlərə tam nəzarəti geri almaqda çətinlik çəkir. Ənbər vilayətinə nəzarətin geri alınması kimi əməliyyatlarda İran tərəfdarı yarı-hərbi dəstələr və Kürd döyüşçüləri İraq qüvvələrinə dəstək verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm