Prezidentliyə namizəd ölkəsini “zibillik” adlandırdı
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd ölkəsini “zibillik” adlandırdı

Meksikadan olan miqrantlar haqqında qalmaqallı fikirləri ilə daim gündəmdə olan ABŞ prezidentliyinə namizəd Donald Tramp yenidən bu məsələyə toxunub.

Publika.az xarici mediaya istinadən verdiyi məlumata görə, Donald Birləşmiş Ştatları meksikalı cinayətkarlar üçün “zibillik” adlandırıb.

Tramp bildirib ki, bu mövzu ilə bağlı əvvəlki bəyanatından imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, Meksika hökuməti, “ən arzu edilməyən adamları” ABŞ-a getməyə məcbur edir. Prezidentliyə namizəd ABŞ-da baş verən cinayətlərin bu insanlar tərəfindən törədildiyini, həmçinin narkotik alverçilərinin çoxunun meksikalı cinayətkarlar olduğunu vurğuladı.

“Birləşmiş Ştatlar Meksika üçün zibilliyə çevrilib. Güclü yoluxucu xəstəliklər ölkəmizə sərhədimiz vasitəsilə sızır”, - siyasətçi xəbərdarlıq etdi.

Tramp həmçinin əmin edib ki, Meksikaya hörmət edir və onun xalqını sevir.

Qeyd edək ki, məşhur əmlak kralı və reality-şou ulduzu Donald Trump ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olacağını rəsmən açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm