Moskvada azərbaycanlıların işlədiyi daha bir bazar yandı
Bizi izləyin

Dünya

Moskvada azərbaycanlıların işlədiyi daha bir bazar yandı

Rusiyanın ən böyük bazaralarından daha birində yanğın baş verib. ANS PRESS-in məlumatına görə, bu dəfə hadisə paytaxt Moskvadakı inşaat materialları bazarında qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın səhər saatlarında "Molotok" bazarında qeydə alınıb və təqribən 1000 kvadrat metrə yaxın ərazini əhatə edib.

Bazar Kalujsk şosesindən 42 km aralıda yerləşir.

Hadisə yerinə dərhal onlarla xilasedici qrup, yanğınsöndürən və helikopterlər cəlb edilib. Hələlik hadisə nəticəsinəd xəsarət alanın olub-olmadığı bilinmir. Yanğının səbəbləri barədə açıqlama verilməyib.

"Molotok" - inşaat malları yarmarkası Rusiya ilə yanaşı Avropanın da ən böyük bazarlarından biri hesab edilir.

Bazarda azərbaycanlıların da çalışdığı istisna edilmir.

Rusiyada bazarlarda yanğın ilk dəfə deyil. Son dəfə olaraq Kazanda azərbaycanlı iş adamına məxsus "Admiral" ticarət mərkəzində güclü yanğın olmuşdu. Məlumata görə, hadisə nəticəsində 5 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Onların arasında azərbaycanlılar da var idi. Ticarət Mərkəzinin direktoru Hüseyn Qəhrəmanov aparılan istintaq çərçivəsində saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm