• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İrəvan nümayişində radikal addım: aksiyaçı ağzını tikdi!

  • Dünya
  • 7 İyul 2015 12:10
  • 342 Baxış
İrəvan nümayişində radikal addım: aksiyaçı ağzını tikdi!

İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyasının iştirakçılarından biri ağzını tikib.

Publika.az xəbər verir ki, bu barədə hadisə yerində olan RİA agentliyinin müxbiri bildirib.

Ovi adlı nümayişçi etirazın əlaməti olaraq dodaqlarını saplarla tikib. O, pis danışır və yalnız su içə bilir. “Özünü normal hiss edirəm və ağrımıram”, - aksiyaçı deyib.

Etiraz aksiyasının liderlərindən olan David Sanasaryan aclıq aksiyasını davam etdirir. O, dünən polis tərəfindən saxlanılarkən aldığı yüngül baş-beyin silkələnməsindən xəstəxanaya yerləşdirilmişdi. Amma o, axşam saatlarında nümayişçilərə qoşulub və Azadlıq meydanında gecələyib.

Məlumata görə, polislər aksiyaçılara İrəvanın mərkəzində yürüş keçirməyə icazə verməyiblər. Onların məqsədi paytaxt əhalisinin diqqətini aksiyaya cəlb etmək olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR