Saakyanın Londona dəvət olunması britaniyalı siyasətçilərin etirazına səbəb olub
Bizi izləyin

Dünya

Saakyanın Londona dəvət olunması britaniyalı siyasətçilərin etirazına səbəb olub

Bako Saakyanın Londona dəvət olunması britaniyalı siyasətçilərin etirazına səbəb olub.

Qondarma Dağlıq Qarabağ respublikasının “prezidenti” Bako Saaakyanın Londonda yerləşən “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda keçiriləcək tədbirdə nitq söyləməsi üçün dəvət olunması heç bir məntiqə sığmır.

Trend-in məlumatına görə, Lord Kilkluni Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib ki, əslində, həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın məcburi köçkün düşmüş Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi: "Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yer-yurdlarından didərgin salanlar. “DQR” rejiminin başçısı Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. “Chatham House” un onu bu cür dəvət etməsi öz statusuna xələl gətirir və onun layiq olmadığı legitimlik səviyyəsini qazandırır.

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və onlara əməl olunmasının vaxtı çatıb”.

Böyük Britaniya Parlamentinin üzvü Stefan Hepbörn da Lord Kilkluninin fikirlərinə şərik çıxıb. S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri B.Saakyanın “Chatham House” İnstitutunda nitq söyləməsi üçün dəvət olunması yolverilməzdir: "Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur. O, Böyük Britaniyada istənilmir və mən “Chatham House” dan xahiş edirəm ki, onu dəvət etmək barədə yenidən düşünsün”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm