Amerikalı general Ankaraya 3 maddəlik planla gəlib - DETALLAR
Bizi izləyin

Dünya

Amerikalı general Ankaraya 3 maddəlik planla gəlib - DETALLAR

ABŞ prezidenti Barak Obamanın İŞİD terror qruplaşması üzrə xüsusi nümayəndəsi general Con Allen və müdafiə məsələləri üzrə məsləhətçisi Kristine Vormut Ankaraya gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, amerikalı generalın çantasında 3 maddəlik plan var.

Bunlar Suriyanın şimalında etibarlı bölgənin yaradılması da daxil olmaqla sərhəd təhlükəsizliyinin yaradılması, “Təlim-təchiz” proqramı və PYD-nin Suriyanın şimalındakı demoqrafik vəziyyətin kürdlərin lehinə dəyişdirən planlardır. Obamanın xüsusi nümayəndəsinin Ankara danışıqlarında İŞİD üzvlərinin sərhəddən keçməsinin qarşısının alınması üçün kəşfiyyat dəstəyinin artırılması və İŞİD-lə mübarizə mövzusunda Türkiyə və ABŞ arasındakı əməkdaşlığın genişlənməsi müzakirə olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm